“İran həmişə ABŞ-ın yaratdığı İŞİD-in qarşısında olub“

İran İŞİD-ə qarşı ABŞ-la birgə mübarizə aparmaq fikrində deyil.

ANS PRESS-in məlumatına görə, bunu İran Hərbi Qüvvələri Baş Qərargahının sədr-müavini, general Məsud Cəzayiri bildirib

Fars Xəbər agentliyinə müsahibə verən Cəzayiri bildirib ki, İranla ABŞ-ın İŞİD-ə qarşı birgə mübarizə aparması əsla mümkün deyil.

"Çünki İŞİD-i quran ABŞ-dır. İran isə həmişə bu terrorçu qruplaşmanın qarşısında olub", deyə general bildirib.

Cəzayiri onu da əlavə edib ki, İŞİD heç vaxt İran sərhədlərinə yaxınlaşa bilməz. Çünki İran ordusu buna imkan verməyəcək.

AzNews.az