- Köhnə - Region
- 22 Sentyabr 2014 19:44
- 2 008
Ukrayna geri çəkilir
Ukrayna höküməti ölkənin şərqində rusiyapərəst separatçılarla döyüşdükləri buffer zonasından qoşunları geri çəkməyə başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlama yayıb.
Bildirilir ki, rəsmi Kiyev ötən həftə Ukraynanın münaqişə bölgəsində buffer zomasının yaradılması ilə bağlı əldə olunan razılığın icrasına başlayıb.
Xatırladaq ki, bu gün Ukrayna tərəfi bəyan etmişdi ki, separatçılar atəşkəs rejiminə riayət etmədiyi üçün ordu qüvvələri bölgədən çıxarılmayacaq.
Qeyd dək ki, ötən gün separatçıların nəzarət etdiyi Donetsk şəhəri ətrafında ağır döyüşlər qeydə alınıb.
NATO isə bəyan edib ki, Rusiya qoşunları hələ də Ukraynadadır. Rəsmi Moskva isə ittihamları təkzib edir.
AzNews.az