Gürcüstanın Acarıstan bölgəsində 5 ballıq fırtına qeydə alınıb. Gecə saat 04 radələrində güclü yağış və külək müşahidə edilib. Gürcüstanın Acarıstan bölgəsində 5 ballıq fırtına qeydə alınıb. Gecə saat 04 radələrində güclü yağış və külək müşahidə edilib.

Gürcüstanda 5 ballıq fırtına - VİDEO

Gürcüstanın Acarıstan bölgəsində 5 ballıq fırtına qeydə alınıb. Gecə saat 04 radələrində güclü yağış və külək müşahidə edilib.



ANS TV-nin məlumatına görə, bu barədə Dövlət Təhlükəsizlik Xidməti və Fövqəladə Halların İdarə Edilməsi Mərkəzi açıqlama verib. Bildirilib ki, təxminən 3 saat davam edən güclü yağış nəticəsində Batumi, Kobuleti, Xelvaçaur və Piçvnaridə vəziyyət yenidən pisləşib. Adı çəkilən ərazilərin bir sıra yerlərində fırtına səbəbindən ağaclar kökündən çıxıb, avtomobillərə və evlərə ziyan dəyib.

Sakin Maya Çonaricenin sözlərinə görə, evlərinə girə bilmədikləri üçün gecəni küçədə keçirib.

Vəziyyətlə bağlı aiddiyyatı bölmələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Ərazidə yığılan suların dənizə axıdıla bilməsi üçün xüsusi kollektorların qazılmasına başlanılıb. Artıq fəlakət bölgəsi elan edilən Acarıstanda vəziyyətə nəzarət üçün xüsusi komissiya yaradılıb. Sinoptiklər isə yağışlı hava şəraitinin hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırır.



AzNews.az