Türkiyənin Zonquldaq şəhərinin Devrek rayonunun Hışıroğlu kəndindəki bir küçə futbolçu Məsut Özilin adını daşıyacaq. Türkiyənin Zonquldaq şəhərinin Devrek rayonunun Hışıroğlu kəndindəki bir küçə futbolçu Məsut Özilin adını daşıyacaq.

Məsut Özilin adını Türkiyədə küçəyə verdilər

Türkiyənin Zonquldaq şəhərinin Devrek rayonunun Hışıroğlu kəndindəki bir küçə futbolçu Məsut Özilin adını daşıyacaq.


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb.
Qeyd edək ki, Məsud Özil Almaniyanın Helzenkirxen şəhərində anadan olub. Almaniya milli futbol komandasının və Arsenal yarımmüdafiəçisidir.

Orta sahədə oyun qurucu mövqeyində çıxış edən Məsud, 2010 Dünya çempionatında göstərdiyi performans ilə "Verder Bremen"dən "Real Madrid"ə 15 milyon avro qarşılığında transfer oldu. Həmçinin bu turnirdəki uğurlu futbolu ilə Qızıl Top və Avropada İlin Futbolçusu mükafatlarına namizəd göstərilib.

Zonquldaklı bir ailənin uşağı olaraq dünyaya gələn Məsud, Türkiyə milli futbol komandasının dəvəti ilə verdiyi açıqlamada: "Özümü bir alman kimi hiss edirəm" şəklindəki ifadəsi ilə bu təklifi rədd edərək, formasını geymək istədiyi Almaniya milli futbol komandasının təklifini seçib. Bu qərarı aldıqdan sonra futbolçunun rəsmi internet səhifəsinə sıx təhqir ismarıcları gəldiyindən bir müddət bağlanıb.

Məsud "Real Madrid" klubuna imza atan ilk türk əsilli alman futbolçu olub.


AzNews.az
image description image description image description