Ermənistan iqtidarı xalq arasında bir çox cinayətləri ilə tanınan iş adamı Surik Xaçaturyanı Syuniks vilayətinə qubernator təyin edib. Ermənistan iqtidarı xalq arasında bir çox cinayətləri ilə tanınan iş adamı Surik Xaçaturyanı Syuniks vilayətinə qubernator təyin edib.

Sarkisyan cinayətkarı qubernator qoydu – Ermənistan qarışdı

Ermənistan iqtidarı xalq arasında bir çox cinayətləri ilə tanınan iş adamı Surik Xaçaturyanı Syuniks vilayətinə qubernator təyin edib.

AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Xaçaturyan baş vermiş təyinatdan xoşbəxt olduğunu bildirib və qeyd edib ki, o hökumətdən bu addımı gözləyirmiş. Ermənistanın keçmiş xarici işlər naziri Aleksandır Arzumanyan isə iqtidarın bu addımını bütün Ermənistan xalqına təhqir adlandırıb: "Zəngin kriminal keçmişə malik olan bir insan necə bir bölgəyə rəhbərlik edə bilər? Ermənistan iqtidarı atdığı bu addımla bütün xalqı təhqir etdi. Ermənistan Dövlət Univeristetinin Syuniks şəhər filialının rektoru Yuri Safaryan da bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, hazırda qeyd oluna vilayətdə insanlar bu təyinatı çox pis qarşılayıb, tələbələr və yerli əhali yeni qubernatora etiraz etmək üçün aksiyalara hazırlaşır: "Surik Xaçaturiyanın adı bu günə kimi bir çox kriminal və iqtisadi cinayətlərdə hallanıb".
Qeyd edək ki, Xaçaturiyanın oğlunun da adı bir sıra cinayətlərdə hallanır. O, 2 iyun 2013-cü il tarixində mer olmağa namizəd Avedik Budaqyanı güllələyərək qətlə yetirib, onun qardaşını - Qarabağda komandir olan Artak Budaqyanı isə ağır yaralayıb.

Hadisəyə münasibət bildirən erməni ekspertlər deyib ki, Sarkisiyan iqtidara kriminala bulaşmış bir şəxsi gətirməklə əslində öz iqtidarının gerçək mahiyyətini ortaya qoyub.



Xəyal Əzizov