- Köhnə - Region
- 30 Sentyabr 2014 10:45
- 2 502
Putin Xəzərətrafı dəmir yolu dairəsinin yaradılmasını dəstəklədi
Rusiya prezidenti Vladimir Putin Xəzər dənizi ətrafında dəmir yolu dairəsi layihəsinin həyata keçirilməsini dəstəkləyib.
"APA-Economics" Rusiyanın "MİR" telekanalına istinadən verdiyi xəbərə görə, V. Putin bu layihənin perspektivli olacağını düşünür.
Qeyd edək ki, layihə Xəzər dənizinin əsas limanlarının birləşdirilməsini nəzərdə tutur. Bu isə öz növbəsində yüklərin daşınması zamanı vaxtı itkisinin və artıq məsrəflərin qarşısını alır.
Rusiya prezidenti hesab edir ki, sözügedən layihə Xəzəryanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə müsbət təsir göstərəcək.