İranda ona təcavüz edən köhnə kəşfiyyatçını öldürdüyü üçün ağır cəza verilən Reyhan Cabbari bu gün edam oluna bilər. İranda ona təcavüz edən köhnə kəşfiyyatçını öldürdüyü üçün ağır cəza verilən Reyhan Cabbari bu gün edam oluna bilər.

Onu zorlamış kişini öldürən qadın edam ediləcək- Fotolar

İranda ona təcavüz edən köhnə kəşfiyyatçını öldürdüyü üçün ağır cəza verilən Reyhan Cabbari bu gün edam oluna bilər.



"Qafqazinfo" xəbər verir ki, anası Şölə Paravan qızının telefonda söylədiyi ifadələri sosial şəbəkədə yazıb.

"Hal-hazırda əllərim qandallı, bayırda məni aparmaq üçün gözləyən avtomobil var. Əlvida sevimli anacan, sabah bütün ağrılarım bitəcək. Sənin ağrılarını kəsə bilmədiyim üçün təəssüf edirəm. O biri dünyaya inanırıq, orada səninlə görüşəcəyik və səni bir daha heç vaxt buraxmayacağam. Səndən ayrılmaq çox çətindir".

Gənc qadının ailəsi bu qətlə şübhə ilə yanaşdığını, ona tələ qurulduğunu iddia edir.

Xatırladaq ki, 7 ildir həbsxanada olan 26 yaşlı Reyhan haqda edam qərarı 2009-ci ildə verilmiş, Ali Məhkəmə bu qərarı təsdiqləmişdi. Qərar beynəlxalq arenada pislənmiş, gənc qadının sərbəst buraxılması üçün 190 min imzanın toplandığı bir kampaniya təşkil edilmişdi.

Qeyd: Ölkədə bu il ərzində 550 adam edam edilib.



AzNews.az
image description image description image description