İran Prezidenti Həsən Ruhani də Ermənistanın paytaxtına dəvət olunub İran Prezidenti Həsən Ruhani də Ermənistanın paytaxtına dəvət olunub

Vladimir Putin İrəvana getdi

İran Prezidenti Həsən Ruhani də Ermənistanın paytaxtına dəvət olunub

Rusiya Prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının iclasında iştirak etmək üçün İrəvana gedib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, Avropa İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərin (Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan) liderlərindən başqa görüşə müşahidəçi qismində Moldova Prezidenti İqor Dodon, fəxri qonaqlar qismində isə İran Prezidenti Həsən Ruhani və Sinqapurun baş naziri Li Sian Lun dəvət olunublar.

Şuranın üzvləri Avrasiya İqtisadi İttifaqının gündəliyində duran aktual məsələləri müzakirə edəcəklər.

Görüşdə həmçinin Aİİ-nin vahid bazarının fəaliyyətinin təkmilləşdirilməsinə və iqtisadiyyatın əsas sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş məqsədləri müəyyən edəcəklər.

Görüşdə Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla və İran prezidenti Həsən Ruhani ilə ayrı-ayrı görüşü nəzərdə tutulub.

Putin və Paşinyan sammitə həsr olunan Avrasiya Tərəfdaşlığı beynəlxalq forumunda da iştirak edəcəklər.

Pərvanə

AzNews.az