- Qayıdış
- 21 Dekabr 2020 10:43
- 4 388
Xankəndidə modul şəhərcik yaradıldı
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya sülhməramlıları üçün Xankəndidə tikilən blok-modul şəhərciyinin (BMŞ) inşası başa çatıb.
AzNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Dağlıq Qarabağda, Xankəndi şəhərində 250 nəfərlik Rusiya sülhməramlı kontingentinin hərbi heyətinin yerləşdirilməsi üçün blok- modullu şəhərciyin inşası başa çatıb”,- deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, hazırda mühəndis avadanlığının istismara verilməsi üzrə son işlər başa çatmaq üzrədir.
“BMŞ işçilər üçün rahat yaşayış və məişət şəraiti yaradacaq. Bunlar yaşam təminatı üçün bütün zəruri komponentlərlə təchiz edilmiş tam funksional müəssisələrdir”,- deyə açıqlamada vurğulanıb.