Növbəti köç karvanı Laçının Sus kəndinə çatıb - FOTO

Mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Sus kəndinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bu mərhələdə kəndə 39 ailə - 140 nəfər köçürülüb. Doğma yurda qayıtmış ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən, müvafiq qaydada, onlara verilən evlərdə yerləşdirliblər. Sus kəndi, dövlət başçısının tapşırğı əsasında, tamailə yenidən tiklib və zəruri infrastrukturla təchiz edilib.

İndiyədək Sus kəndində 59 ailə (215 nəfər) mənzillə təmin edilib.

image description image description image description image description