- Qayıdış
- 11 İyul 15:34
- 21 607
Laçında tekstil fabriki fəaliyyətə başlayacaq
Bu ilin sonuna qədər Laçında tekstil fabriki fəaliyyətə başlayacaq.
Aznews.az xəbər verir ki, bunu Bakı Abadlıq Xidməti MMC-nin direktor müavini Nəsimi Əsədov deyib.
O qeyd edib ki, həmin fabrikdə 100-ə yaxın laçınlı qadın işlə təmin olunacaq: "Bununla bərabər bir sıra sənaye müəssisələrinin də fəaliyyətə başlaması nəzərdə tutulur".