Laçında bir sıra dövlət qurumlarının fəaliyyəti təmin edilib

Laçında Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, "Azəriqaz", "Azərsu", "Azərişıq", "Azərenerji" və digər qurumların fəaliyyəti təmin edilib.

Aznews.az xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin qurumların əməkdaşlarının öz ailələri ilə birlikdə Laçında yaşayışının təmin edilməsi də həyata keçirilib:

"Laçında yaxın zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı, Operativ və Sosial Təminat Agentliyinin və ASAN Xidmət Mərkəzinin fəaliyyəti təmin olunacaq. Eyni zamanda, növbəti mərhələdə tikinti işlərinin sürətli şəkildə aparılması nəzərdən keçirilir. Sakinlərin 2026-cı ilə qədər qarşıya qoyulan hədəflərə uyğun köçürülməsi təmin ediləcək".