Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Sentyabrın 5-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb. Bu mərhələdə şəhərə köçürülən 102 nəfərdən ibarət 30 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 177 ailə (672 nəfər) mənzillə təmin edilib.