- Qayıdış
- 7 Sentyabr 15:15
- 8 387
Şuşaya köçən növbəti 27 ailəyə evlərinin açarları təqdim olunub
Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Aznews.az xəbər verir ki, sentyabrın 7-də növbəti köç karvanı ilə Şuşaya qayıdan daha 27 ailəyə evlərinin açarları təqdim olunub.
Beləliklə, 91 nəfər Şuşa sakini bu gün doğma yurduna qovuşub.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.