"Universitetlər azad olunan ərazilərə köçürülə bilər" - Nazir ilk siqnalı verdi

Universitetlərin işğaldan azad olunan ərazilərə köçürülməsi məsələsi ətrafında təhlillər aparılır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu, heç də asan məsələ deyil:

"Bu, təhsil üçün də uğurlu addım olacaq. Belə bir layihə var. Amma bu istiqamətdə dəqiq qərar hələ ki yoxdur".

AzNews.az