- Qayıdış
- 13:25
- 1 538
Qarabağ Universitetinin Klinikası yaradılır - FƏRMAN
![](https://www.aznews.az/storage/2025/02/07/385b155f-b522-3f48-8f08-f2e2db9e77ec_850.jpg)
Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs yaradılır.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, Klinika Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.
Klinikanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Prezidentinə, Klinikanın yenidən təşkili və ləğv edilməsi isə Elm və Təhsil Nazirliyinə həvalə edilib.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etmək, Elm və Təhsil Nazirliyinə isə Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etmək tapşırılıb.
Qarabağ Universitetinə Klinikanın saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün 5 milyon manat ayrılıb.
Klinika mərhələlərlə tam özünümaliyyələşdirmə səviyyəsinə çatanadək növbəti illərin dövlət büdcəsinin layihələrində Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitlərdə Klinikanın saxlanılması xərcləri üçün zəruri maliyyə vəsaitinin nəzərdə tutulması təmin ediləcək.
AzNews.az