- Qayıdış
- 12 Fevral 21:45
- 955
Kəlbəcərin Zar kəndində qollar çırmandı: 138,5 milyon manatlıq bərpa layihəsi
![](https://www.aznews.az/storage/2025/02/12/zar.jpg)
Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsində birinci mərhələdə tikinti və abadlıq işlərinə başlanılır.
Bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda müvafiq işlər start götürüb.
Məlumata görə, 855 ailəlik Zar kənd yaşayış məntəqəsində birinci mərhələdə 547 fərdi yaşayış evinin, sosial obyektlərin, mühəndis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işləri aparılacaq
Fond sözügedən işlərin icrasının 138,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Zar kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
AzNews.az