- Qayıdış
- 15:50
- 1 080
Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib

Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Kəndə yeni köçən ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak edib.
Qeyd edək ki, bugünkü köç də daxil olmaqla, Ballıcaya köçən ailələrin sayı 112 ailəyə (562 nəfər) çatdırılıb.
AzNews.az