- Rusiya və İran
- 28 Avqust 2019 11:51
- 3 499
Divar işçilərin üstünə aşdı - Ölən var
Hadisə istilik xəttinin planlı təmiri zamanı baş verib
Novosibirskdə təmir edilən ikimərtəbəli binanın divarı işçilərin üzərinə aşıb, dağıntıların altında 10-dan çox insanın qaldığı ehtimal edilir.
Rusiya KİV-ləri xəbər verir ki, insident bu gün yerli vaxtla saat 12:20-də qeydə alınıb. Fəhlələrdən üçü dağıntılar altından çıxarılıb, onlardan biri həlak olub. Daha doqquz nəfərin taleyi məlum deyil.
Hazırda qəza yerində 70-ə yaxın xilasedici və 20 ədəd texnika çalışır. İlkin məlumata görə, hadisə istilik xəttinin planlı təmiri zamanı baş verib.(AZƏRTAC)
AzNews.az