- Rusiya və İran
- 26 Oktyabr 2018 21:12
- 4 746
Türk axınına İtaliya da daxil ola bilər - PUTİN
"Ancaq bunun üçün həmin ölkələr zəmanət verməlidirlər"
Rusiya prezidenti Vladimir Putin İtaliyanın Türk axını boru kəməri layihəsinə daxil olma imkanından danışıb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Putin "hər biri 15 milyard 750 milyon kubmetr olan 4 xətdən ibarət olacaq Türk axınına digər ölkələr də daxil ola bilər" anonsunu verib.
"Ancaq bunun üçün həmin ölkələr zəmanət verməlidirlər". Putin belə deyib.
Rusiya prezidenti İtaliyanın kəmərə necə bağlanmasının variantlarının da müzakirə ediləcəyini bildirib.
Babək Göyüş
© AzNews.az