Hadisə istilik xəttinin planlı təmiri zamanı baş verib Hadisə istilik xəttinin planlı təmiri zamanı baş verib

Divar işçilərin üstünə aşdı - Ölən var

Hadisə istilik xəttinin planlı təmiri zamanı baş verib

Novosibirskdə təmir edilən ikimərtəbəli binanın divarı işçilərin üzərinə aşıb, dağıntıların altında 10-dan çox insanın qaldığı ehtimal edilir.

Rusiya KİV-ləri xəbər verir ki, insident bu gün yerli vaxtla saat 12:20-də qeydə alınıb. Fəhlələrdən üçü dağıntılar altından çıxarılıb, onlardan biri həlak olub. Daha doqquz nəfərin taleyi məlum deyil.

Hazırda qəza yerində 70-ə yaxın xilasedici və 20 ədəd texnika çalışır. İlkin məlumata görə, hadisə istilik xəttinin planlı təmiri zamanı baş verib.(AZƏRTAC)

AzNews.az