- Rusiya və İran
- 25 İyul 2020 23:11
- 8 461
Rusiya DİN-dən millətlərarası qarşıdurmalarla bağlı xəbərdarlıq
Xəbərdarlıqda belə qarşıdurmalar zamanı polisin müdaxilə edəcəyi bildirilib
Rusiya Daxili İşlər Nazirliyi Moskvada və digər iri şəhərlərdə millətlərarası qarşıdurmalarla bağlı xəbərdarlıq yayıb.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, xəbərdarlıqda belə qarşıdurmalar zamanı polisin müdaxilə edəcəyi bildirilib:
“İstənilən qanunazidd hərəkət Rusiya qanunvericiliyinin verdiyi səlahiyyətlərə uyğun olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dayandırılacaq. Hərəkətləri ilə təhlükəsizliyi pozan şəxslərə qarşı tədbirlər görüləcək, cinayət məsuliyyətinə cəlb ediləcəklər”.
DİN-in məlumatında, həmçinin, əlavə olunub ki, vətəndaşlara, təşkilatlara və onların əmlaklarına qarşı qəsblərin təşəbbüskarları əcnəbilərdə nifrət hissi oyatmaq istəyən şəxslərdir. Onlara da bununla bağlı xəbərdarlıq olunub.
Xatırladaq ki, iyulun 24-də Moskvanhın Marino şəhərində ermənilər və azərbaycanlılar arasında münaqişə baş verib. Nəticədə 1 nəfər xəsarət alıb. 34 nəfər isə saxlanılıb.