- Rusiya və İran
- 20 Dekabr 2020 15:11
- 6 329
Neft bazarındakı son vəziyyət Rusiyada müzakirə ediləcək
Bu barədə “TASS”a Baş nazirin müavininin nümayəndəsi məlumat verib
Rusiya baş nazirinin müavini Aleksandr Novak bazar ertəsi (21 dekabr – Red) Moskvaya səfərə gələn İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşəcək.
AzNews.az xəbər verir ki, bu barədə “TASS”a Baş nazirin müavininin nümayəndəsi məlumat verib.
Bundan əvvəl Rusiya Energetika Nazirliyi bazar ertəsi energetika naziri Nikolay Şulqinovun da İran naziri ilə görüşəcəyini bildirmişdi.
İranın “Shana” agentliyinin verdiyi məlumata görə, görüşlərdə neft bazarındakı son dəyişikliklər müzakirə ediləcək.