- Rusiya və İran
- 17 Aprel 2021 11:23
- 6 295
Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb
"Xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək"
Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb.
"RİA Novosti" xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyuk RF vətəndaşı olan bir şəxslə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumat alarkən saxlanılıb.
"Xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək", - deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.(Apa)
AzNews.az