İranda silahlı qarşıdurma: 28 nəfər yaralanıb

İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində baş verən silahlı qarşıdurma nəticəsində biri polis əməkdaşı olmaqla 28 nəfər yaralanıb, 19 nəfər saxlanılıb.

İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, Məşhədin Əhmədabad bölgəsində iki silahlı qrup arasında baş verən qarşıdurmada 19 vətəndaş və münaqişə tərəflərindən 8 nəfər yaralanıb.

Silahlı qarşıdurma xəbəri üzərinə hadisə yerinə gedən polis qruplarına qarşıdurmanı törədənlər atəş açıb, hadisə nəticəsində bir polis əməkdaşı da yaralanıb.

Bildirilib ki, sözügedən münaqişə bir qrup gənc qızı narahat etdikdən sonra baş verib.

Hadisə ilə bağlı polisin başlatdığı əməliyyatda münaqişə tərəflərindən 19 nəfər saxlanılıb, çoxlu sayda silah-sursat ələ keçirilib.

Mövsüm

Aznews.az