Rusiya ABŞ-ə şərtlərini açıqladı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya ABŞ ilə strateji silahların ixtisarına dair yeni sazişi (START) yalnız Vaşinqtonun Ukraynaya silah tədarükünü dayandıracağı və NATO-ya üzvlüyünə mane olacağı təqdirdə müzakirə etməyə hazır olacaq.

TASS-ın məlumatına görə, Medvedev Teleqram kanalında bildirib ki, ABŞ Rusiya ilə strateji hücum silahlarının azaldılmasına dair yeni saziş üzrə danışıqlara çox ciddi yanaşır.

“Xeyr, bu, yalnız biz Bandera rejiminə silah verməkdən imtina etdikdən və onun NATO-da iştirakına mane olandan sonra mümkün olacaq”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Mövsüm

Aznews.az