Rusiya DİN: Dağıstan terrorunda hüquq-mühafizə orqanlarının 6 əməkdaşı ölüb, 12-si yaralanıb

Dağıstanda hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

Aznews.az xəbər verir ki, bununla bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Dağıstanın paytaxtı Maxaçqalada terrorçular polisə hücum edib.

Rusiya Milli Antiterror Komitəsi Respublika ərazisində əksterror əməliyyatı rejiminin tətbiq olunduğunu açıqlayıb.