İranda prezident seçkiləri üçün seçki məntəqələri açılıb

İranın bütün ərazisində yerli vaxtla saat 8:00-da yeni prezidentin seçilməsi üçün səsvermə məntəqələri açılıb.

Tasnim xəbər agentliyi iyunun 28-də bildirib ki , seçicilər cümə günü 10 saat ərzində səs verə biləcəklər, lakin lazım gələrsə, ölkənin Daxili İşlər Nazirliyi səsvermə vaxtını uzada bilər.

Qeyd olunur ki, səsvermə hüququna malik 61,5 milyondan çox İran vətəndaşı səs verə biləcək. İran hökuməti yerli vaxtla saat 18:00-a qədər açıq qalacaq 59 minə yaxın seçki məntəqəsi və 15 mindən çox mobil məntəqə açıb. Eyni zamanda İrandan kənarda 340-a yaxın səsvermə məntəqəsi açılıb.

Agentliyin məlumatına görə, İslam İnqilabının lideri Ayətullah Əli Xamenei öz seçki məntəqəsində ilk olaraq səs verib.

Mövsüm

Aznews.az