Zaxarova Annalena Burboku axmaq adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Almaniyanın xarici işlər naziri Annalena Baerbokun Rusiyanın Avropa İttifaqı üçün əsas təhlükə olduğunu güman edən bəyanatının böyük axmaqlıq olduğunu və öz ölkəsinin tarixinə dair məlumatsızlığı üzə çıxardığını bildirib.

“Təkcə beynəlxalq məsələlərdə deyil, həm də öz tarixində təhsil və biliyə malik olmayan Almaniyanın xarici işlər naziri Burbokun yeni anti-Rusiya çıxışı bizi təəccübləndirmədi”, - diplomat vurğulayıb.

"İfadələrində inanılmaz axmaqlığa yol vermək adi hala çevrilib", - Zaxarova əlavə edib.

Mətbuat katibi onu da qeyd edib ki, bu cür bəyanatlar de-fakto NATO sənədlərini təkrarlayır, halbuki Rusiya təhlükəsi ilə bağlı bəyanat Almaniyanın milli təhlükəsizlik doktrinasında yer alıb.

"Almaniya hakimiyyəti Burbok kimi siyasətçilər vasitəsilə ölkədə ictimai rəyi manipulyasiya edir", - o əlavə edib.

Mövsüm

AzNews.az