İran İsrail-Həmas arasında istənilən atəşkəs razılaşmasını dəstəkləməyə söz verir

İran Respublikası radikal HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəslə bağlı istənilən razılaşmanı Fələstin hakimiyyəti tərəfindən məqbul hesab etdiyi müddətcə dəstəkləyəcək.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi HƏMAS-ın yüksək vəzifəli rəsmisi Xəlil əl-Həyya ilə söhbəti zamanı deyib.

İran Xarici İşlər Nazirliyi rəsmi Teleqram kanalında onun sözlərini sitat gətirib: "İran İslam Respublikası Qəzzada Fələstin müqaviməti və HƏMAS tərəfindən qəbul edilən atəşkəs və ya atəşkəslə bağlı istənilən razılaşmanı dəstəkləyəcək".

Əraqçinin sözlərinə görə, yeni hökumət dövründə Tehranın Qəzza münaqişəsi ilə bağlı mövqeyi dəyişməz qalacaq; İran əvvəlki kimi Fələstini dəstəkləməyə davam edəcək.

Mövsüm

AzNews.az