Putin Monqolustanda rəsmi səfərdədir

Rusiya prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir. Rusiya liderinin təyyarəsi Ulan-Bator hava limanına enib.

Bu barədə TASS məlumat yayıb.

Rusiya prezidentinin səfəri iki gün davam edəcək. Sentyabrın 3-də ikitərəfli görüşlər, o cümlədən Monqolustan lideri Uxnaaqiyn Xurelsuxla, o cümlədən bir sıra sənədlərin imzalanması və Sovet İttifaqının marşalı Georgi Jukovun abidəsi önünə gül dəstələrinin qoyulması planlaşdırılır.

Ulan-Batorun hava limanında Putini milli geyimdə fəxri qarovul dəstəsi qarşılayıb.

Mövsüm

AzNews.az