- Rusiya və İran
- 12 Sentyabr 2024 13:58
- 4 468
Putin 34 ölkənin BRİKS-ə qoşulmaq istəyini açıqlayıb
Artıq 34 dövlət bu və ya digər formada BRİKS icmasının işinə qoşulmaq arzusunu ifadə edib.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayında BRİKS dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələri ilə görüşündə bildirib.
O qeyd edib ki, BRİKS çərçivəsində bu formatda keçirilən görüş artıq ardıcıl 14-cüdür. Bu dəfə isə yanvarın 1-də assosiasiyaya tamhüquqlu üzv kimi daxil olan yeni dövlətlərin nümayəndə heyətləri iştirak edir. Amma daha çox ölkə onunla əməkdaşlıq etmək istəyir.
“Biz bir çox ölkələrin BRİKS-ə artan marağına göz yuma bilməzdik. Bu gün 30-dan çox ölkə, daha dəqiq desək, 34 dövlət bizim assosiasiyamızın fəaliyyətinə bu və ya digər formada qoşulmaq arzusunu ifadə edib”, - Rusiya lideri bildirib.
Mövsüm
AzNews.az