- Rusiya və İran
- 20 Sentyabr 10:41
- 5 224
Zaxarova Ermənistanı ələ saldı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avrasiya Qadınlar Forumunda Rusiyanın Ermənistanda dövlət çevrilişinin hazırlanmasında iştirakı ilə bağlı İrəvanın bəyanatlarını ironiya ilə şərh edib.
"Ümid edirəm ki, Komediya Klubunun bağlanmasının səbəbi bu deyil" - deyə o, rişxəndlə deyib.
Xatırladaq ki, sentyabrın 18-də Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyada təlim keçdiklərini iddia edərək bir qrup sui-qəsdçi saxlayıblar. Qrupa Ermənistan vətəndaşları və Qarabağı tərk etmiş ermənilər daxildir. İstintaqın açıqlamasına görə, onlar ölkədə hərbi çevriliş planlaşdırırmışlar.
Bu arada isə Rusiyada “Qazprom-Media” “Comedy Club” adlı əyləncə şousunun bağlandığını elan etmişdi.
AzNews.az