- Rusiya və İran
- 22 Sentyabr 20:51
- 4 333
İranda zəlzələ nəticəsində 28 nəfər yaralanıb
İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.
Aznews.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.