Avropa və ABŞ Yaxın Şərqdə gərginliyin azalmasında maraqlı deyil – İran prezidenti

İran prezidenti Məsud Pezeşkian deyib ki, Avropa ölkələri və ABŞ Yaxın Şərqdə sülh və əmin-amanlıq görmək istəmir.

"Avropa ölkələri və ABŞ [Yaxın Şərqdəki] ölkələr arasında münasibətlərin sülh yolu ilə inkişafını istəmir", - Pezeşkian qeyd edib.

İran prezidentinin sözlərinə görə, İsrail “heç bir beynəlxalq hüquqi və humanitar standartları” tanımadığı üçün regionda vəziyyət ifrat şəkildə gərginləşib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei oktyabrın 4-də deyib ki, ABŞ və müttəfiqləri Qəzza zolağı və Livandakı münaqişələrdə İsraili yalnız Yaxın Şərqin resurslarına əl atmaq üçün dəstəkləyirlər.

Mövsüm

AzNews.az