Kreml NATO-ya Rusiyadan heç bir təhlükə olmadığını bildirib

Rusiya heç vaxt NATO-ya doğru irəliləməyib.

Bu bəyanatla Kreml rəsmisi Dmitri Peskov çıxış edib.

“Rusiya öz təhlükəsizliyini təmin edir və Rusiya bunun üçün lazım olan hər şeyi edir və bunun üçün bütün lazımi potensiala malikdir. Rusiya isə öz hərbi infrastrukturu ilə heç vaxt NATO-ya doğru hərəkət etməyib – həmişə əks istiqamətdə proses olub”, - o, brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin təhlükə yaratdığını söyləmək yanlış və məntiqsizdir. Bundan əlavə, bu, "tarixin bütün gedişatına ziddir və bu, hamımızın birlikdə yaşadığımız qarşıdurmaya səbəb oldu" ,- deyə Peskov qeyd edib.

Mövsüm

AzNews.az