İrəvan mediası Qod Nisanova hücuma keçdi: "Erməni biznesmenə Moskvada qadağa qoydurub"

"Ermənistan Milli Məclisinin keçmiş deputatı və iş adamı Samvel Aleksanyana Moskvaya giriş qadağan edilib".

AzNews. az xəbər verir ki, bu barədə "Armenian Report" məlumat yayıb. Rusiyanın 24News saytına istinadən edən erməni mediası qeyd edir: "Rusiya hüquq-mühafizə orqanları onun Soçidən olan erməni iş adamı Ruben Tatulyan (Robson) ilə biznes maraqları haqqında məlumat əldə ediblər. Tatulyan cinayət işləri çərçivəsində axtarışa verilib və bu işlərdə söhbət milyardlarla rubldan gedir".

Bununla yanaşı, saytda qeyd olunub ki, Aleksanyan və Robson arasındakı biznes əlaqəsi sadəcə bir bəhanə olub. Əsas səbəb isə tamamilə fərqli bir şeydir:

"Belə ki, Aleksanyan Moskvada yerləşən və Rusiyada yaşayan azərbaycanlı iş adamı Qod Nisanova məxsus olan məşhur "Food City" topdansatış mərkəzində kənd təsərrüfatı məhsulları satmaq istəyib.

Qod Nisanov Rusiyada güclü dairələrlə geniş əlaqələri və təsiri ilə tanınır. Samvel Aleksanyanın onun bazarlarında mal satmağa çalışdığını öyrənən Nisanov Rusiya hüquq-mühafizə sistemindən və yaxın çevrəsindən Aleksanyanın Rusiyaya girişinin qadağan edilməsi üçün bir bəhanə tapmağı "xahiş edib." Bundan sonra onun Robson ilə biznes əlaqəsi formal bir səbəb kimi "aşkar olunub."

"Digər bir "izah" isə Aleksanyanın "Vətəndaş Müqaviləsi" partiyasına etdiyi səxavətli "hədiyyələrin" üzə çıxması olub, bu isə "dost olmayan rejimlərin maliyyələşdirilməsi" kimi qiymətləndirilib"- erməni mediası bildirir.