Putin BƏƏ-li həmkarı ilə Kremldə görüşüb

Rusiya prezidenti Vladimir Putin Kremldə BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanı qəbul edib.

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ötən gün, Rusiyaya rəsmi səfərinin başlamasına bir gün qalmış Moskvaya gəlib. Putin və Əl Nəhyan Moskva yaxınlığındakı Novo-Oqaryovoda qeyri-rəsmi şam yeməyində danışıblar və burada digər məsələlərlə yanaşı, Yaxın Şərqdəki böhranı və Ukraynadakı münaqişəni müzakirə ediblər.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, iki liderin rəsmi danışıqlarında ikitərəfli əməkdaşlıq, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət müzakirə olunacaq.

Mövsüm

AzNews.az