İran: Qonşularımız öz torpaqlarının İrana qarşı istifadəsinə icazə verməyəcəklər

İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi təmasları çərçivəsində Küveytə gedib.

İran mərkəzli ANA Xəbər Agentliyinin məlumatına görə, Əraqçi bölgə ölkələrinə səfərlərini mətbuat mənsublarına dəyərləndirib.

“QONŞULARIMIZ ZƏMANƏT VERDİ”

Əraqçi, "Qonşularımız torpaqlarının İrana qarşı istifadəsinə icazə verməyəcəklərinə zəmanət veriblər. Küveyt bölgədə səfər etdiyim 11-ci ölkədir. Bu ölkələrin hamısında gərginliyin sona çatması və artmaması mövzusunda fikir birliyi var",- deyə qeyd edib.

Bölgədəki ölkələrin birgə səy göstərdikləri təqdirdə müharibənin böyüməsinin qarşısını ala biləcəklərini ifadə edən Əraqçi ölkəsinin hər cür ssenariyə hazır olduğunu və bölgədə müharibə istəmədiyini bildirib.

“İSRAİL MÜHARİBƏNİ GENİŞLƏTMƏYƏ ÇALIŞIR”

"İsrail bölgədə müharibəni genişləndirməyə çalışır, bu fəlakətin qarşısını almalıyıq" deyən iranlı nazir əlavə edib: "Bütün region ölkələri İsrailin İrana hücumuna qarşı olduqlarını bildiriblər. İsrail hücum edərsə eyni şəkildə buna cavab verəcəyimizi vurğulayırıq" ,- deyə Əraqçi yekunlaşdırıb.

Mövsüm

AzNews.az