İran İsraildən məhdud zərbə gözlədiyini açıqlayıb

İsrail çətin ki, İrana ciddi hücuma qərar versin və daha doğrusu, simvolik cavab zərbəsi ilə məhdudlaşsın.

İslam İnqilabı Keşikçiləri Korpusunun sosial-mədəni dəstəyin rəhbəri, 2007-2019-cu illərdə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Məhəmməd Əli Cəfəri bu barədə jurnalistlərə bildirib.

“İsrail İrana hücum etmək üçün çox kiçikdir, baxmayaraq ki, qisas aldığını iddia etmək üçün çıxılmaz, məhdud və kiçik bir hücuma başlasa da, bizimki kimi bir hücum (zərbə) həyata keçirməyəcək”, - deyə Əli Cəfəri qeyd edib.

Eyni zamanda, Əli Cəfəri əlavə edib ki, Tehranın reaksiyası Təl-Əvivin atdığı addımların səviyyəsindən asılı olacaq. O, bildirib ki, əgər İsrail əhəmiyyətli bir hücum həyata keçirsə, İran daha intensiv cavab verəcək.

Mövsüm

AzNews.az