- Rusiya və İran
- 23 Oktyabr 2024 16:25
- 4 812
Pezeşkian: Dolların dominantlığını azaltmaq üçün operativ həllər lazımdır
BRİKS ölkələri yeni hesablaşma mexanizmi və valyuta səbətini tətbiq etməklə ABŞ dollarının dünyada təsirini azaltmaq üçün fəaliyyətini davam etdirməlidir.
Bu barədə İran prezidenti Məsud Pezeşkian məlumat verib.
Qlobal iqtisadiyyatda dolların dominantlığını azaltmaq üçün indiyədək görülən səylər gücləndirilməli və BRİKS valyuta səbətinin yaradılması və dollardan asılı olmayan yeni hesablaşma mexanizmi kimi əməliyyat həlləri vasitəsilə həyata keçirilməlidir", - Pezeşkian Kazanda keçirilən sammitdə çıxışı zamanı deyib.
O qeyd edib ki, dünya artıq ABŞ-nin yanlış maliyyə siyasətinin əvəzini ödəməyə davam edə bilməz.
Mövsüm
Aznews.az