İranda saxta spirtli içki satan 4 nəfər edam edilib

Spirtli içkilərin satışı və istehlakının qadağan edildiyi İranda son illər saxta spirtli içkilərdən ölüm halları artıb.

İş o yerə çatıb ki, ötən ilin iyununda İranın Əlborz əyalətinin Kereç şəhərində saxta spirtli içkilərin satışı fəlakətə səbəb olub.

Ölkədə 17 nəfər saxta spirtli içkidən ölüb, 191 nəfər zəhərlənib.

Hadisə ilə bağlı 11 nəfər həbs edilib, 4 nəfər isə edam cəzasına məhkum edilib.

Baş verənlərdən sonra bu gün hadisə ilə bağlı yeni bir inkişaf olub.

İran Tələbələr Xəbər Agentliyinin məlumatına görə, məsələ ilə bağlı Məhkəmə Hakimiyyət Qurumundan yazılı açıqlama verilib.

Açıqlamada, “Əlborz vilayətində qeyri-qanuni spirtli içkilərin tədarükü və satışına görə edam cəzasına məhkum edilən 4 nəfər səhər saatlarında edam edilib",- deyə qeyd edilib.

Mövsüm

Aznews.az

METİL ALKOLUNDAN İSTİFADƏ EDİLİR: ÖLÜMƏ VƏ GÖRMƏNİ İTİRİR

Digər tərəfdən spirtli içkilərin qadağan olunduğu İranda daha ucuz olduğu üçün bəzən qeyri-qanuni içkilərdə etil spirti əvəzinə metil spirtinin istifadə edildiyi və bunun ölüm və görmə itkisinə səbəb ola biləcək zəhərlənmələrə səbəb olduğu bildirilir.