Putin Rusiyanın ABŞ ilə dialoqa açıq olduğunu bəyan edib

Rusiya ABŞ ilə dialoqa açıqdır , prezident seçkilərindən sonra dövlətlər arasında münasibətlərin gələcəyi Amerika tərəfdən asılıdır.

Bunu Rusiya lideri Vladimir Putin oktyabrın 24-də ABŞ prezidentliyinə namizəd Donald Trampla təmaslara dair sualı cavablandırarkən deyib.

“Bu, bir ildən artıqdır ki, daim müzakirə olunan bir məsələdir. Bir vaxtlar bizi və Trampın özünü Rusiya ilə əlaqədə ittiham edirdilər. Sonra ABŞ-ın özünün apardığı araşdırma nəticəsində hamı, o cümlədən Konqresdə belə qənaətə gəldi ki, bu, tamamilə cəfəngiyyatdır, heç vaxt belə bir şey olmayıb. Əvvəllər də yox idi, indi də yoxdur”, - deyə dövlət başçısı vurğulayıb.

Mövsüm

Aznews.az