- Rusiya və İran
- 29 Oktyabr 2024 19:56
- 5 199
Yeni Zelandiya MN və silahlı qüvvələrin rəsmilərinə Rusiyaya giriş qadağan edilib
Rusiya Yeni Zelandiyanın Müdafiə Nazirliyi və silahlı qüvvələrinin doqquz yüksək vəzifəli məmuruna anti-Rusiya gündəminin formalaşmasında iştirak etdiklərinə görə ölkəyə girişini qeyri-müəyyən müddətə qadağan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Kollektiv Qərbin rusofobik kampaniyası çərçivəsində Yeni Zelandiya hökuməti tərəfindən Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq edilən siyasi motivli sanksiyalara cavab olaraq, rəhbərlikdən əlavə doqquz Yeni Zelandiyalıya Rusiya Federasiyasına giriş qeyri-müəyyən müddətə qadağan edilib”, - nazirlik bildirib.
“Vellinqtonun anti-Rusiya siyasətindən əl çəkmək niyyətində olmadığını və yeni sanksiya tədbirlərinin tətbiqini davam etdirdiyini nəzərə alaraq, Rusiya stop-listinin yenilənməsi üzrə işlər davam etdiriləcək”,- nazirlik qeyd edib.
Mövsüm
AzNews.az