Putin niyə Trampı təbrik etmədi? -Peskovdan açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin Donald Trampı ABŞ seçkilərindəki qələbəsi münasibətilə təbrik etməyi niyə planlaşdırmadığını açıqlayıb.

“Mən hələ də Putinin Trampı təbrik etmək niyyəti barədə heç nə bilmirəm”, - Kremlin sözçüsü mediaya bildirib. Bir neçə saat əvvəl Peskov da Putinin Trampı təbrik etmək fikrində olmadığını bildirib.

“Xatırlamağı təklif edirəm ki, söhbət bizə dost olmayan ölkədə və Ukrayna münaqişəsində iştirak edən ölkədə keçirilən seçkidən gedir”, - Peskov bildirib.

Mövsüm

AzNews.az