- Rusiya və İran
- 7 Noyabr 18:08
- 5 853
İran: Bizim üçün önəmli olan ABŞ-ın hərəkətləridir
Donald Tramp ABŞ-də prezident seçkilərində qalib gəldikdən sonra bütün gözlər İrana yönəlib.
ABŞ-də keçirilən prezident seçkiləri ilə bağlı ilk açıqlamanı İran Xarici İşlər Nazirliyi verib.
“ABŞ XALQI ÖZ SEÇİMİNİ EDİB”
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi seçkilərlə bağlı açıqlamasında "ABŞ prezidentinin seçilməsi həmin ölkənin məsuliyyətidir və ABŞ xalqı öz seçimini edib",- deyə qeyd edib.
İranın ABŞ-də müxtəlif hökumətlərin siyasətlərindən və yanlış yanaşmalarından çox acı təcrübələr qazandığını bildirən Bekayi son olaraq bunları söyləyib:
“İran üçün önəmli olan ABŞ hökumətinin hərəkətləridir. Seçkilər keçmiş səhv yanaşmaları yenidən nəzərdən keçirmək və qiymətləndirmək üçün bir fürsətdir".
Mövsüm
Aznews.az