- Rusiya və İran
- 14 Noyabr 20:24
- 4 450
İran Yaxın Şərqdə müharibə istəmir, lakin istənilən düşmən hərəkətə cavab verəcək - prezident
İran prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşündə deyib ki, İran Yaxın Şərqdə böyük silahlı münaqişənin olmasında maraqlı deyil, lakin həmişə öz təhlükəsizliyini təmin etməyə çalışacaq.
"Müharibə nə İranın, nə regionun, nə də dünyanın maraqlarına uyğun deyil. Heç bir ağlı başında olan insan müharibəyə başlamaq və [münaqişənin] atəşinə yağ tökmək istəməz. Bununla belə, təhlükəsizliyimizə qarşı hər hansı bir hərəkət olarsa biz istənilən şəraitdə qəti və qətiyyətlə cavab verəcəyik”, - deyə Pezeşkian ofisindən verilən açıqlamada bildirib.
Prezident həmçinin İsrailə qarşı Yaxın Şərqdə sabitliyi pozmaqda ittihamları təkrarlayıb.
Mövsüm
AzNews.az