- Rusiya və İran
- 12:13
- 696
Rusiya Kubaya humanitar yardımın həcmini artıracaq
Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Kuba Respublikasının ordu generalı Raul Kastro ilə Rusiyanın fövqəladə hallar xidmətləri ilə Kuba dövlətinin qarşılıqlı fəaliyyətini müzakirə edib.
Bu barədə idarənin Teleqram kanalında məlumat verilib.
“Biz qardaş Kuba xalqının üzləşdiyi bütün çətinliklərə böyük rəğbət bəsləyirik. Biz artıq fövqəladə hallar zamanı xüsusilə tələb olunan humanitar ləvazimatlar gətirmişik. Bunlara su filtrləri, sanitar çantalar, qida və dərmanlar daxildir. Biz yardımın həcmini artırmağa davam edəcəyik”, - deyə Kurenkov bildirib.
Nazirin sözlərinə görə, Moskva fövqəladə hallar idarələri arasında qarşılıqlı əlaqəni daim gücləndirməyə və səmərəli şəkildə inkişaf etdirməyə çalışacaq.
Mövsüm
Aznews.az