Lavrov Braziliyada keçirilən G20 sammitinin nəticələrini müsbət adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyada keçirilən G20 sammitinin nəticələrini müsbət adlandırıb.

Onun sözlərinə görə, görüşlər zamanı “əhəmiyyətli razılaşmalar” əldə olunub.

“Əvvəla, yeni koordinasiya strukturu dəstəkləndi - Aclıq və Yoxsulluqla Mübarizə Qlobal Alyansı”, - Lavrov mətbuat konfransında deyib.

O, aydınlaşdırıb ki, bu təşəbbüsün məqsədi aclığın tamamilə aradan qaldırılmasına doğru irəliləməkdir. Bununla bağlı Rusiya ərzaq təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər həyata keçirib.

“Ümid edirəm ki, müəyyən dərəcədə inamla belə deyə bilərəm ki, belə bir alyansın yaradılması bu sahədə fəaliyyəti yaxşılaşdıracaq”, - deyə xarici işlər naziri bildirib.

Mövsüm

Aznews.az