İran paytaxtını dəyişir

İran prezidenti Məsud Pezeşkian dünən Xatəmül-Ənbiya qərargahına səfəri zamanı açıqlama verib.

Pezeşkian paytaxtın Tehrandan köçürülməsi məsələsini bir daha gündəmə gətirib.

"Ölkənin iqtisadi və siyasi mərkəzini cənuba köçürməkdən başqa seçimimiz yoxdur"

Tehranı paytaxt kimi buraxmağın bəzi səbəblərdən, xüsusilə də iqtisadi səbəblərdən qeyri-mümkün hala gəldiyini düşündüyünü dilə gətirən İran prezidenti, "Ölkənin paytaxtı Tehran həll olunmaz problemlərlə üzləşib. Nə etsək də, vaxt itiririk. Ona görə də ölkənin iqtisadi və siyasi mərkəzini cənuba, dənizə yaxın yerə köçürməliyik. Onu daşımaqdan başqa çarəmiz yoxdur”,- deyə qeyd edib.

Pezeşkiyan, Birinci vitse-prezident Məhəmməd Rıza Arifə paytaxtın köçürülməsi planlarını təqib etmənin tapşırıldığı məlumatını paylaşaraq, "Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkənin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər",- deyə yekunlaşdırıb.

Mövsüm

Aznews.az